Bu ildə doğulanlar ömürləri boyu siqaret ala bilməyəcəklər

Bu ildə doğulanlar ömürləri boyu siqaret ala bilməyəcəklər
17 Apr 2024 20:53

Gələcək nəslin ömürlük siqaretdən istifadəsini qadağan edən qanun layihəsi Böyük Britaniya parlamenti tərəfindən təsdiqlənib.

“Siqaretsiz nəsil” yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib.

Ötən gün axşam saatlarında təsdiqlənən qanunla bu il 15 yaşı tamam olan uşaqlar ömürləri boyu siqaret ala bilməyəcəklər.

Qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb.

Qanun hakim Mühafizəkarlar Partiyası daxilində mübahisə yaradıb. Hakim partiya vurğulayıb ki, parlamentdə səsvermə zamanı deputatlar istədikləri səsi verməkdə azad olacaqlar. Lakin qanunun ana müxalifətdəki Leyboristlər Partiyası və Liberal Demokrat Partiyasından olan deputatların səsləri ilə qəbul ediləcəyi gözlənilirdi. Qanun siqareti deyil, siqaret məhsullarının satışını qadağan edib.

Qanun yoxlamaları həyata keçirəcək orqanlara uşaqlara tütün və ya elektron siqaret satdığı aşkarlanan bazarlarda dərhal 100 funt sterlinq cərimə tətbiq etmək səlahiyyəti verir. Bu cərimələrdən əldə edilən gəlir qanunun funksionallığının gücləndirilməsinə sərf olunacaq.


Youtube kanalımız

Oxşar xəbərlər