Bu il qocalar evinə yerləşdirilənlərin sayı açıqlandı - kişilər üstünlük təşkil edir

Bu il qocalar evinə yerləşdirilənlərin sayı açıqlandı - kişilər üstünlük təşkil edir
11:54

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə 2025-ci il ərzində ümumilikdə 289 ahıl yerləşdirilib.

Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, müəssisəyə yerləşdirilən ahıllardan 150-si kişi, 139-u isə qadındır.

“Müəssisəyə ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan 70 yaşdan yuxarı şəxslər qəbul edilir.

Burada ahıllara stasionar formada sosial xidmətlər göstərilir, onlarla sosial iş aparılır, cəmiyyətdən təcrid olunmalarına gətirib çıxaran halların qarşısının alınması, sosial adaptasiyası və sosial-psixoloji reabilitasiyası həyata keçirilir. Ahıllarımız burada hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar”,- rəsmi məlumatda deyilir.

Qeyd edilib ki, müəssisəyə respublikanın bütün bölgələrindən müraciətlər qəbul edilir.


Sizin reklam burada
Sizin reklam burada