“Könül xanımla bu gün (dünən – red.) tanış olduq, görüşdük. O qədər mehriban, gözəl bir insan obrazı yaratmışdı ki...”
News365.az xəbər verir ki, bu sözləri Azərbaycanda təhsil ximətləri göstərən şirkətin rəhbəri Miryusif Cavadzadə ötən gün Yasamaldakı yanğında faciəvi şəkildə həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli ilə bağlı paylaşımında bildirib.
“Birlikdə işlər görəcəkdik. Nevzat hocaya salamlarımı çatdıracaqdı. Bir neçə saat sonra xəbər gəldi ki, rəhmətə gedib. Həyat, doğrudan da, bir anlıqdır…”, - M.Cavadzadə əlavə edib.
Qeyd edək ki, Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər həyatını itirib, 20-dən çox şəxs tüstüdən zəhərlənib.
