Bu gün bilik günü qeyd olunur – Məktəblərdə ilk zəng çalındı + FOTOLAR

Bu gün bilik günü qeyd olunur – Məktəblərdə ilk zəng çalındı + FOTOLAR
11:49

Sentyabrın 15-i Azərbaycanda Bilik günü kimi qeyd olunur.

News365.az xəbər verir ki, bu münasibətlə ölkənin bütün ümumtəhsil məktəblərində dərs ili rəsmi olaraq başlayıb.

Yeni tədris ilinin ilk günü şagirdlər məktəblərə toplaşıb, sinif otaqlarında ilk zəng çalınıb. Təhsil müəssisələrində bilik gününə həsr olunmuş tədbirlər keçirilib.

Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə ölkədə yüz minlərlə şagird məktəblərin qapısını açıb. Xüsusilə birinci sinfə qədəm qoyan uşaqlar üçün bu gün xüsusi əhəmiyyət kəsb edir.


Sizin reklam burada
Sizin reklam burada