Bu ərazilərin qazı KƏSİLƏCƏK

Bu ərazilərin qazı KƏSİLƏCƏK
07 Apr 2025 09:55

Goranboy rayonunun Qazanbulaq qəsəbəsi qaz borusunda yaranan sızma səbəbindən qazsız qalıb. 

News365.az-ın məlumatına görə, ötən axşam saatlarından qəsəbədə olan 189 abonentə təbii qazın verilməsində fasilə yaranıb. 

Buna səbəb Borsunlu kəndində tullantıların toplanan ərazidə baş verən yanğın nəticəsində, 110 mm-lik polietilen boruda yaranan qaz sızması olub. 

Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür. İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.


Sizin reklam burada
Sizin reklam burada