“Bu Azərbaycanın dünəni və bu günü arasında ən böyük məsafə qət etmiş ölkə olmasının təsbitidir“- Eldəniz Əmirov

“Bu Azərbaycanın dünəni və bu günü arasında ən böyük məsafə qət etmiş ölkə olmasının təsbitidir“-  Eldəniz Əmirov
24 Apr 2024 09:03

"Yəqin hamı belə hallarla qarşılaşıb. Kollektivdə özünü dost kimi aparan, ən etibarlı yoldaş kimi göstərən adamın bir neçə il sonra əsl sifəti-siması bəlli olur. O zaman insanlar ona ürəklərində lənətlər və nifrət edər.Amma elə insanlarda olur ki, nə maskalanmağı bacarmır, nə də özünə qarşı olan haqsızlığı qəbul etmir. Nə qədər çətin olsa da, daim mübarizə aparır. Amma şərəfini və etibarlılığını hər şeydən uca tutur".

News365.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O hesab edirəm ki, Azərbaycanın davranışları ikinci insan tipinə uyğundur:

"O heç vaxt ikiüzlü olmadı. Heç vaxt ona etibar edənləri məyus etmədi. Ona dost deyən ölkəyə arxa çevirmədi. Nə qədər hədə-qorxu eşitsə də, qarşısında nə qədər böyük güc görsə də haqsızlıqla barışmadı. Lazımı məqamlarda ehtiyatlı davrandı, amma şərəfini (torpağını) hər şeydən uca tutdu. Ehtiyac olan ölkələrə mövcud resursları daxilində yardımını əsirgəmədi. Amma imkanlarından (təbii sərvətlərindən) şantaj vasitəsi kimi istifadə etmədi. Verdiyi sözə hər zaman sahib çıxdı.

Və budur, belə yüksək davranışların nəticəsi göz önündədir. Bu şəkil sadəcə foto deyil, bu Azərbaycanı dünyada nüfuzunun dünəni və bu günü arasında ən böyük məsafə qət etmiş ölkə olmasını təsbit edir".

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər