Bu Afrika ölkəsi də fransız ordusunu çıxarır

Bu Afrika ölkəsi də fransız ordusunu çıxarır
01 Yan 2025 18:15

Fransa tədricən Afrikadakı təsirini itirir. Kot-d'İvuar Fransa ordusunun mövcudluğunun arzuolunmazlığını rəsmi olaraq elan edən növbəti Afrika ölkəsi oldu.


News365.az xəbər verir ki, bu barədə Türkiyənin “Türkiyə” qəzeti məlumat yayıb.


“Kot-d'İvuar Prezidenti Alassan Uattar bildirib ki, Fransa kontingenti yanvar ayından başlayaraq tədricən Qərbi Afrika dövlətindən çıxarılacaq. Bu ölkədə 600 fransız əsgəri var. Çad, Niger və Burkina-Faso Fransa ordusunun çıxarılmasını tələb etmişdi”, - nəşr bildirib.


Qeyd olunub ki, Afrikadakı keçmiş koloniyaların 70 faizindən çoxunda Fransanın hərbi mövcudluğu sona çatır.


Youtube kanalımız