Daimi fiziki aktivlik, keyfiyyətli yuxu, balanslaşdırılmış pəhriz və stressin idarə edilməsi uzun, sağlam həyat yaşamaq şansınızı əhəmiyyətli dərəcədə artırır. Bu barədə The Conversation-a Vestminster Universitetinin məşhur fizioloqu Bredli Elliott deyib.
Tədqiqatlar göstərib ki, hətta oturaq həyat tərzindən yüngül aktiv fəaliyyətə keçid (məsələn, həftədə 75 dəqiqə sürətli gəzinti) insan ömrünü iki il uzada bilər. Bununla belə, mütəxəssis qeyd edib ki, idman daimi oturaq işin zərərlərini tam kompensasiya etmir. Hərəkət qabiliyyətinizi artırmaq üçün alimlər hər 30 dəqiqədən bir ayağa qalxmağı, ofisdə daha tez-tez hərəkət etməyi və ictimai nəqliyyatda ayaq üstə dayanmağı tövsiyə edir.
Qidalanmadakı keyfiyyət amili də uzunömürlülük üçün vacib detaldır. Harvard Sağlamlığı Məktəbinin araşdırması göstərib ki, yüz il yaşayanlar daha çox tərəvəz, meyvə, qabıqlı taxıl, qoz-fındıq və paxlalı bitkilər yeyiblər. Eyni zamanda onlar müxtəlif zərərli prosedurlardan keçmiş(hisə verilmiş və s.) ət, qızardılmış qidalar və şirniyyatlardan qaçıblar. Bu təbii ki, ətdən tamamilə imtina etmək anlamına gəlmir. Sadəcə olaraq qidalanmada bitki məhsulların üstünlük verilməlidir.
Fizioloq onu da əlavə edib ki, müntəzəm normal yuxu həm də vaxtından əvvəl ölüm riskini azaldır. Elm adamının sözlərinə görə, nizamsız şəkildə yatanların yuxu keyfiyyəti 50% daha pis olur.
Növbəli şəkildə işləyənlər (məsələn, bir gecə gec yatmaq, gecələr üç saatdan bir durub işləmək və s.)xüsusilə bu məsələdə həssas olurlar. Bu qrup daha aşağı sağlamlıq səviyyəsina və daha yüksək insult ehtimalına malikdir.
Tural