İsrail diplomatlarını öldürənin adı açıqlandı - VİDEO

İsrail diplomatlarını öldürənin adı açıqlandı - VİDEO
09:49

30 yaşlı Elias Rodriguez İsrailin Vaşinqtondakı səfirliyinin əməkdaşlarını öldürməkdə şübhəli bilinərək həbs edilib. Bu barədə “Reuters” polisə istinadən məlumat yayıb.


Vaşinqton polis rəisi Pamela Smit bildirib ki, Rodrigesi atışma baş verən yəhudi muzeyi yaxınlığında gəzərkən görüblər. Şübhəli saxlanılarkən "Fələstinə azadlıq" qışqırırmış.

Smit deyib ki, Rodriqezin əvvəllərdə polisdə heç bir qeydiyyatı olmayıb.


Polis rəisi onu da bildirib ki, atışmadan əvvəl onun şöbəsinə terror təhlükəsi və ya kiminsə nifrət zəminində cinayəti törətməyə hazırlaşması ilə bağlı heç bir kəşfiyyat məlumatı daxil olmayıb.

Xatırladaq ki, Vaşinqtonda yerli vaxtla təxminən 21:15-də naməlum şəxs İsrail səfirliyinin iki əməkdaşını güllələyərək öldürüb. Hadisə zamanı bir neçə nəfər də yaralanıb. İnsident diplomatların baş çəkdiyi Yəhudi Muzeyinin yaxınlığında baş verib. NBC telekanalının məlumatına görə, atışmada şübhəli bilinən şəxs saxlanılarkən Fələstin lehinə şüar səsləndirib. Hadisəni şərh edən ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonda “antisemitizmə əsaslanan” bu qətllər dayandırılmalıdır.



Tural


Sizin reklam burada
Sizin reklam burada