News365.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, sanksiya Çin, Türkiyə, Serbiya, Özbəkistan, BƏƏ-də fəaliyyət göstərən şirkətlərə tətbiq edilib.
Britaniya pilotsuz uçuş aparatların və raket hissələrinin inkişafı və istehsalı və elektron komponentlərin idxalı ilə əlaqəli 31 şəxs və təşkilata, həmçinin Rusiya neftinin ticarəti ilə məşğul olduğunu bildirdiyi BƏƏ-nin 4 şirkətinə sanksiya tətbiq etdiyini bildirib.
Belarus müdafiə təşkilatına qarşı da sanksiyalar tətbiq edilib.