“BMW“də barmağı qopduğu üçün şirkətdən 1,9 milyon təzminat aldı

“BMW“də barmağı qopduğu üçün şirkətdən  1,9 milyon təzminat aldı
29 İyn 2024 13:55

ABŞ-nin Lonq-Aylend bölgəsinin sakini barmağının "BMW" markalı avtomobilin qapısının arasında qalaraq kəsilməsindən sonra şirkətdən 1,9 milyon dollar təzminat alıb.

News365.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.

Qeyd edilir ki, təzminatın ödənilməsi barədə qərar məhkəmə tərəfindən qəbul edilib: "BMW-sində barmağını itirən 68 yaşlı Qodvin Boatenq məhkəmənin qərarından “xoşbəxt olub”. O, deyib ki, hadisə təxminən 10 il əvvəl baş verib və avtomobilin qapısı onun baş barmağını qoparıb. O, barmağı sallaq formasında xəstəxanaya gəlib və onun yerinə tikilməsi mümkün olmayıb.  İstintaq zamanı məlum olub ki, avtomobil qapılarının bir qədər uyğunsuz bağlanması səbəbindən bütün dünyada onlarla insan xəsarət alır".

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər