Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları digər təhlükəsizlik orqanları ilə birlikdə Moskva və Tümendə təhsil müəssisələrinə silahlı hücumlar hazırlamaqda şübhəli bilinən 6 nəfəri saxlayıblar. Bu barədə Rusiya mediası məlumat yayıb.
Saytlar FSB-nin mətbuat xidmətinə istinad ediblər.
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, onlar gənclər arasında zorakılıq ideyalarının yayılmasına qarşı mübarizə məqsədilə əməliyyat keçirirləriş. Tədbirlər eyni anda Rusiyanın 81 regionunda həyata keçirilib. Saxlanılanların evindən kustar üsulla hazırlanmış silahlar, partlayıcı komponentlər, hücum planları və qadağan olunmuş radikal hərəkatların simvolları olan materiallar aşkar edilib.
Moskva və Tümenlə yanaşı, FSB əməkdaşları Kemerovo, Rostov-na-Donu və Yoşkar-Olada mümkün zorakılıq aksiyalarının qarşısını alıblar.
FSB gənclər arasında bu cür təhlükələrin aşkarlanması istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb.
Tural