Azərbaycan ən yaxşı oğlunu itirdi... Qaraqoyunlu
eli öz əziz oğlunu itirdi.
Bəli, tanınmış cərrah, professor İbrahim
Yıldırımı itirdik...
Qohum idik. Qaraqoyunlu elinden Türkiyəyə gedən qohumlarımızdan
idi. Dost idik. Bir-birimizə çox bağli idik.
Azərbaycanı sevirdi, Azərbaycan üçün çalışirdi.
Ürəyi Azərbaycanla döyünürdü. Cümhuriyyət tarixini dərindən bilirdi. Gerçək bir
aydın idi. Məfkurə insanı idi. Atatürk ideallarına bağlı idi.
Onu kökünə bağlı çagdaşçı kimi xarakterizə edərdim.
Qarabağ savaşlarında çox əsgərlərimizi cərrahi
əməliyat etmişdi. Çox yaralilarimizi öz hesabina sağaltmışdı.
Azərbaycandan çoxlu tələbələr aparib
universitetlərdə oxutdurmuşdu, cərrah kimi yetişmələrinə yardımçı olmuşdu.
Çoxlu tələbələri var. Azərbaycan diaspor fəaliyyətinin ən fəal şəxsiyyətlərindən
idi.
Türkiyə ilə Azərbaycanı birləşdirən bir Yol
adamı idi.
Qaraqoyunlu eli Gəncə Quberniyasinin Qazax
qəzasina daxil idi. 1922-ci ildə Sovet Rusiyasi Qaraqoyunlu dərəsini (Dilican
dərəsi, Darliq dərəsi) Qazaxdan kəsib Ermənilərə vermişdilər. İbrahim
Yildirimin da qohumlarinin bir qismi Qazaxda yaşayir. Mərhum diplomat Vəfa
Quluzadə İbrahim Yıldirimin Qazaxdan olan yaxın qohumlarindan idi.
İbrahim Yıldırimla Yasəmən Qaraqoyunlunun ulu
nənələri isə birdir. Bir nənənin, bir evin, bir ocağin və bir nəslin
övladlarıyiq. Ulu bir Türk nəsilinin...
İbrahim Yıldırımın məsləhəti ilə Rza Qarabağ
adlı qohumumuz Qaraqoyunlu dərəsi haqqinda doktorluq elmi dərəcəsini müdafiə
etdi və kitab kimi yayınladi.
Amasiya şəhərində Azərbaycanlıların-
Qaraqoyunluların diaspor təşkilatlari da fəaliyyət göstərir.
Siyasetə qarışmagımı istemirdi. Son görüşümüzdə
bilim adamı olmaq istəyirsensə siyasətdə tərəf tutmayacaqsan dedi. Siyasətdən
uzaq ol, özünü bilime ver dedi və getdi.
Bizden getdi. Menden getdi. Canımın bir
parçasını itirdim.
Üzğunüm...
Yasamən Qaraqoyunlu
News365.az