Binəqədidə məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb

Binəqədidə məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb
16:30

Bakının Binəqədi rayonu, "Baksol yolu"nda məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb.

Bu barədə News365.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.


Sizin reklam burada
Sizin reklam burada