Xəzər rayonunun Binə qəsəbəsi, Baxasmat yolu adlanan ərazidə yollar bərbad vəziyyətdədir.
News365.az-ın məlumatına görə, 326 nömrəli tam orta məktəbin qarşısı davamlı yağış yağması nəticəsində gölməçəyə çevrilib. Şagirdlərin və valideynlərin gündəlik həyatına maneə yaradır.
Sakinlərin sözlərinə görə, yol uzun müddətdir ki, baxımsız qalıb və xüsusilə yağışlı havalarda keçilməz olur. Bu vəziyyət məktəbə gedib-gələn şagirdlər üçün ciddi problem yaradır, hətta marşurtların geçikməsinə səbəb olur.
“Biz dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, lakin hələ də heç bir tədbir görülməyib. Yolun təmiri üçün nə qədər gözləməliyik?” – deyə sakinlər şikayət edirlər.
Məsələ ilə bağlı müvafiq qurumların nə zaman tədbir görəcəyi isə hələ ki, məlum deyil. Sakinlər yolun tezliklə təmir olunmasını və problemin həllini gözləyirlər.
News365.az-ın əməkdaşı Pərviz İsmayılovun lentə aldığı kadrları təqdim edirik: