Binə qəsəbəsində açıq ərazi yanır - YENİLƏNİB

Binə qəsəbəsində açıq ərazi yanır - YENİLƏNİB
15:22

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə News365.az-a FHN-dən bildirilib.

Xəbərə görə, məlumat daxil olandan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

    ***

    Paytaxtın Binə qəsəbəsi yaxınlığında yaşayış olmayan sahədə yanğın baş verib.

    News365.az xəbər verir ki, ərazidən ətrafa güclü tüstü yayılmağa başlayıb.

    FHN-dən bildirilib ki, Xəzər rayonu Binə qəsəbəsində məişət tullantılarının toplandığı ərazidə yanğın başlaması barədə 112 qaynar xəttinə məlumat daxil olub.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.


    Sizin reklam burada
    Sizin reklam burada