Bu gün Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə News365.az-a "Azərişıq"dan bildirilib.
Verilən məlumata görə, mayın 13-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 11:00-dan 15:00-dək Binə qəsəbəsi Südçülük sovxozu yaşayış massivi, Xəqani və Lələtəpə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.