Sumqayıtda avtomobil yanıb

Sumqayıtda avtomobil yanıb
25 Dek 2025 23:00

Sumqayıtda avtomobil yanaraq külə dönüb.

News365.az xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivinin Hafiz Baxış küçəsində qeydə alınıb.

"Toyota Corolla" markalı minik avtomobili hərəkətdə olarkən anidən alışıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları tərəfindən söndürülüb. Ətrafda olan digər nəqliyyat vasitələrinə və ərazilərə ziyan dəyməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır, yanğının səbəbləri müəyyənləşdirilir./Report


Sizin reklam burada
Sizin reklam burada