“Bəzi qüvvələr sərhədlərin bağlı qalmasında maraqlıdır” - Tural Abbaslı

“Bəzi qüvvələr sərhədlərin bağlı qalmasında maraqlıdır” - Tural Abbaslı
10:20

Azərbaycanda pandemiya dövründən sonra bağlı qalan quru sərhədlər hələ də açılmayıb. Quru sərhədlərin açılıb-açılmayacağı yenidən gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında bu barədə müzakirələr aparılıb.

 

Yaxın vaxtlarda quru sərhədlərin açılma ehtimalı varmı?

 

Ağ Partiyanın sədri Tural Abbaslı deyib ki, təmsil etdiyi partiya quru sərhədlərin dərhal açılmasını tələb edir:

Tural Abbaslı: ““Oğru aləmi”ndə olmaq istəyirdim” - VİDEO Pravda.az

“Biz bunun ilk gündən koronavirus ilə heç bir əlaqəsinin olmadığını hesab edirik. Sonradan Ümumdünya Səhiyyə Təşkilatı bunu ləğv etdi, hətta koronavirus pandemiyasının bir az da şişirdilərək təbliğ olunduğu etiraf edildi. Dünyanın hər bir ölkəsi bununla bağlı məhdudiyyətləri ləğv edib. Tək Azərbaycandır ki, beş ildir qeyri-müəyyən, utopik, simvolik koronavirus  xəstəliyinə görə, sərhədləri bağlı saxlayır və bunun müxtəlif fəsadları var. Azərbaycanda sərhədin bağlı olması bir çox sahələrdə qiymət artımına, inflyasiyaya gətirib çıxarır. Cənub bölgəsində ən azı 5-6 rayon, İranla sərhəddə yerləşdiyi üçün oradan öz qazanclarını təmin edirdilər. Bu məsələlər birbaşa insanların dolanışığına təsir göstərən, gündəlik həyatı ağırlaşdıran məsələdir. Bağlanma səbəbinin xəstəliyə görə deyil, təhlükəsizlik məsələsinə görə olduğu deyildi. Ancaq dünyada hazırda ən ağır döyüşlər Ukrayna-Rusiya arasında gedir. Minlərlə insanlar orada həlak olurlar, raketlər atılır, təxribatlar olur, döyüş gedir. Amma nə Ukrayna nə də Rusiyanın sərhədləri bizim kimi bağlıdır. Təhlükəsizlik məsələsidirsə, onda  Rusiya, Ukrayna da sərhədləri bağlamalıdır. İran-İsrail qarşıdurması oldu. İran da, İsrail də sərhədləri bağlamadı. Burada hansısa bir təhlükəsizlik məsələsinə əsas yoxdur. Biz deyirik ölkə ərazisində sabitlikdir, beynəlxalq əlaqələr ən yüksək səviyyədə inkişaf edir, qonşularla münasibət yaxşıdır . O zaman kimdə və ya nədədir təhlükə?”

 

Partiya sədri onu da vurğulayıb ki, sərhədlərin bağlı olması təyyarə biletlərinin qiymətlərinin artmasına gətirib çıxarıb: “İnsanların kənara çıxma məsələsi xeyli çətinləşib. Təbii ki, sərhədlər açılsa, təyyarə qiymətləri dəfələrlə aşağı düşəcək. Çünki bir çox hallarda insanlar Gürcüstana gedib oradan təyyarə ilə uçacaqlar və ya öz avtomobilləri ilə səyahətə gedəcəklər. Görünür ki, təyyarə biletlərinin qiymətlərinin yüksək qalmasında maraqlı olan qüvvələr var, eyni zamanda da mən belə başa düşürəm ki, sərhədlərin bağlı qalması, sərhədyanı ticarətdən də narahat olan, ərzaq dövriyyəsində monopoliyanı saxlamaq istəyən hansısa qrupların da marağındadır. Çünki sərhədlər açıq olanda iqtisadçıların hesablamaların görə, insanlar bir il ərzində milyard dollarlıq ərzaq gətirirlər, özləri istifadə edirlər və ya uyğun qiymətə sərhəddən keçirib sata bilirlər. Hazırda bunlar olmadığı üçün mağazalardan, marketlərdən və ya idxalçılardan məcburən onların dediyi qiymətə məhsullar alınır. Amma sərhədlər açıq olsa bu məsələdə də xeyli qiymət endirimi olar. Nazirlər Kabinetinin sərəncamı ilə sərhədlər bağlanır və üç aydan bir bu qərar yenilənir. Nazirlər Kabinetinin 3 ayı gözləmədən günü sabah bu bağlanışın yersiz olduğuna qərar verərək sərhədlərin dərhal açılmasını, insanların rahat yaşaması üçün şərait yaradılmasının tərəfdarıyam”.

 

Xatırlatma: Xüsusi karantin rejiminin müddəti isə 2026-cı il 1 yanvaradək uzadılıb.

 pravda.az


Sizin reklam burada
Sizin reklam burada