Bəzi adamlar bu gün və sabah ehtiyatlı olmalıdırlar

Bəzi adamlar bu gün və sabah ehtiyatlı olmalıdırlar
09:06

Yanvarın 27-28-də orta və güclü səviyyəli maqnit aktivliyi qeydə alınacaq.
Bu günlərdə xüsusilə yuxu rejiminə və qidalanmaya diqqət yetirmək tövsiyə olunur. Həmçinin, orqanizmi artıq fiziki və emosional yüklənmədən qorumaq vacibdir. Mütəxəssislər maqnit qasırğalarının ürək-damar sistemi problemləri, baş ağrıları, yorğunluq və əhval dəyişikliyi kimi təsirlərə səbəb ola biləcəyini vurğulayıblar.

Risk qrupunda olan insanların sağlamlıqlarına xüsusi diqqət yetirmələri tövsiyə edilir. Qeyd edək ki, maqnit aktivliyi zamanı bol su içmək, balanslı qidalanmaq və istirahət rejiminə əməl etmək daha sağlam bir dövr keçirmək üçün faydalıdır.

Güclü maqnit qasırğaları qısa dalğalı rabitəni və naviqasiya sistemlərinin işini pozur, sənaye şəbəkələrində gərginliyin pozulmasına səbəb olur. Eyni zamanda bu insan sağlamlığına da ciddi təsir edir. Çox vaxt belə günlərdə insanlar sağlamlıqlarının pisləşməsindən, baş ağrılarından, konsentrasiyanın pozulmasından, yuxunun pozulmasından şikayətlənirlər.

Məsələ ilə bağlı  News365.az-a danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 

“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.

Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.

Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

News365.az