Beyt Cin kəndi İsrail atəşinə tuş gəldi

Beyt Cin kəndi İsrail atəşinə tuş gəldi
09:38

Suriyada İsrail ordusunun növbəti hərbi əməliyyatı barədə məlumat yayılıb.

News365.az xəbər verir ki, Suriya mətbuatı İsrailin ölkənin cənubunda yerləşən Beyt Cin kəndini hədəfə aldığını bildirib.

Məlumata görə, hücum vertolyotlardan atəş açılması və artilleriya zərbələri ilə həyata keçirilib. Hadisə nəticəsində ən azı iki nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı qeyd olunur. Yerli mənbələr bölgədə yaşayan sakinlərlə İsrail hərbçiləri arasında qarşıdurma yaşandığını da yazır.

İsrail Müdafiə Qüvvələri (IDF) baş verənlərlə bağlı hələlik rəsmi açıqlama yaymayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada