Beynəlxalq səyyahlar Cəbrayılda olublar

Beynəlxalq səyyahlar Cəbrayılda olublar
11:15

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun nümayəndə heyəti Cəbrayıl şəhərində olub.

Səfər iştirakçılarına şəhərdə erməni işğalından azad edildikdən sonra aparılan bərpa və tikinti işlərinin gedişi barədə məlumat verilib.

Səyyahlar yeni şəhər infrastrukturunun yaradılması layihələri ilə tanış olublar və regionun transformasiyasının miqyası ilə maraqlanıblar.


Sizin reklam burada
Sizin reklam burada