Beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyi yenidən diqqət mərkəzindədir.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmli News365.az-a bildirib ki, Azərbaycan Xarici Siyasət Konsepsiyasının əsas istiqamətlərindən biri, ümumi bəşəri dəyərlərə sadiq qalaraq, bütün dünya xalqları ilə sülh və təhlükəsizlik şəraitində yaşamaq və bu istiqamətdə qarşılıqlı fəaliyyət göstərməkdir:

"Biz Konstitusiya olaraq altı əsas məqsəd müəyyən etmişik. Bu məqsədlərdən biri, ümumi bəşəri dəyərlərə sadiq qalaraq, bütün dünya xalqları ilə sülh və təhlükəsizlik şəraitində yaşamaq və bu istiqamətdə qarşılıqlı fəaliyyət göstərməkdir. Bu, Azərbaycan Xarici Siyasət Konsepsiyasının vacib istiqamətlərindən biridir.
Həmçinin, Konstitusiyanın 9-cu maddəsində qeyd olunub ki, Azərbaycan Respublikası başqa dövlətlərin ərazisinə, müstəqilliyinə və suverenliyinə qarşı hər hansı təcavüzü rədd edir."