Beyləqnada AĞIR QƏZA - 6 YARALI + YENİLƏNİB

Beyləqnada AĞIR QƏZA - 6 YARALI + YENİLƏNİB
10:51

Ötən gün Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

News365.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Qeyd olunub ki, 2003-cü il təvəllüdlü şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər 4 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

***

Ötən gün Beyləqanda baş verən qəzada altı nəfər xəsarət alıb.

News365.az xəbər verir ki, qəza rayonun Daşburun qəsəbəsi ərazisində qeydə alınıb.

    Hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ" 21015 markalı avtomobillə toqquşub. Hadisə nəticəsində altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan dörd nəfərinin Füzuli rayon sakini, iki nəfəri isə Beyləqan rayon sakini olduğu deyilir.

    Faktla bağlı araşdırma aparılır.



    Sizin reklam burada
    Sizin reklam burada