Berlin Rusiyanın təhdidlərinə hərbi gəmilərlə cavab verir

Berlin Rusiyanın təhdidlərinə hərbi gəmilərlə cavab verir
09:05

Almaniya Rusiyanın Arktikada artan hərbi fəallığına qarşı çıxmaq üçün bölgəyə hərbi gəmilər göndərəcək. Bu barədə “The Telegraph” yazıb. Nəşr qeyd edib ki, Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, Bundesver öz mövcudluğunu nümayiş etdirmək üçün Şimali Atlantika və Arktikaya patrul gəmiləri göndərəcək.

"Dəniz təhdidləri artır... Rusiya Arktikanı hərbiləşdirir. Biz bu ərazidə fəaliyyət göstərən Rusiya sualtı qayıqlarının fəallığının artdığını müşahidə edirik", - Pistorius Kopenhagendə mətbuat konfransında deyib.

O əlavə edib ki, Almaniya Hərbi Dəniz Qüvvələri bu il bölgəyə göndəriləcək. Almaniya donanması Arktikaya gedərkən müttəfiqləri ilə də təlimlər keçirəcək.

"Alman sualtı qayıqları, patrul təyyarələri və freqatları bu bölgəyə aidiyyətimizi, sadiqliyimizi nümayiş etdirmək üçün yerləşdiriləcək", - o qeyd edib.

"The Telegraph"dakı məqalədə qeyd edilib ki, yeni patrullar həm də Almaniyanın 2022-ci ildə Ukraynada başlayan genişmiqyaslı işğala cavab olaraq Qərbin Rusiyadan müdafiədə daha böyük rol oynamaq məqsədinin bir hissəsidir.

Tural


Sizin reklam burada
Sizin reklam burada