Bərdədə canavarlar fərdi təsərrüfata hücum etdi - 10 heyvan tələf oldu

Bərdədə canavarlar fərdi təsərrüfata hücum etdi -  10 heyvan tələf oldu
26 Apr 2024 12:52

Bərdədə canavarlar fərdi təsərrüfata hücum edib.

News365.az xəbər verir ki, hadisə rayonun Böyük Göyüşlü kəndində məskunlaşan məcburi köçkün Atəş Quliyevin fərdi təsərrüfatında bu gecə qeydə alınıb.

Təsərrüfatda 30 baş xırdabuynuzlu heyvan olub. Yırtıcılar onlardan 10-nu parçalayıb.

Qeyd edək ki, hadisə ilə bağlı əraziyə rayon baytarlıq və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb edilib. Parçalanan heyvanlardan quduzluq əleyhinə nümunələr götürülüb. Tələf olan heyvanlar təsərrüfatdan kənarlaşdırılaraq basdırılıb.


Youtube kanalımız

Oxşar xəbərlər