Juliya Behbudov ABŞ West Bay Opera Teatrında Cüzeppe Verdinin “Otello” operasında Dezdemona rolunda müvəffəqiyyətlə çıxış edib.
News365.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.
Bildirilib ki, tamaşa iyunun 1-nə qədər dörd dəfə oynanılması nəzərdə tutulub.
İlk tamaşadan sonra Amerikanın məşhur peşəkar teatr saytında (teatreeddys.com/teatr burulğanı) böyük məqalə dərc olunub. Tamaşa teatr tənqidçilərinin diqqətini cəlb edib. Julianın çıxışı xüsusi qeyd olunub.
Qeyd edək ki, Juliya Behbudov (Behbudova deyil – red.) Rəşid Behbudovun nəvəsinin həyat yoldaşıdır. Ailə 4 ildir ABŞ-da yaşayır.