Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə şəhərinin sənaye zonasında pilotsuz uçuş aparatının (PUA) zərbəsindən sonra yanğın baş verib.
News365.az xəbər verir ki, bu barədə “Əl Cəzirə" kanalı məlumat yayıb.
Qeyd olunub ki, mülki müdafiə qrupları alovun söndürülməsinə cəhd edir. Hazırda zərər çəkənlər barədə məlumat yoxdur.