"Bədəninə şeytan girib" deyib uşağını öldürdü - FOTO

"Bədəninə şeytan girib" deyib uşağını öldürdü - FOTO
03 İyn 2025 15:05

ABŞ-də dəhşətli hadisə baş verib. ABC News-un yaydığı məlumata görə, ana altı yaşlı oğlunun bədənindən şeytanı qovmaq üçün ritual təşkil edib. Nəticədə uşaq ölüb.


"Səlahiyyətlilər uşağın mayın 14-dən iki həftədən çox məktəbə gəlməməsindən sonra Florida ştatının Fort Pirs şəhərindəki evə gediblər. Nəticədə uşağın cansız bədəni çarpayısında tapılıb", - nəşr yazıb.


Uşağın anası Ronda Coys Paulinis dedektivlərə deyib ki,  sadəcə oğlunun bədənindən "şeytanı qovmağa" çalışıb. O, uşağın hərəkətsiz olduğunu görəndə onun öldüyünü sezib. 

"Ana uşağın şeytandan qurtulduğuna və tezliklə həyata qayıdacağına inandığını söyləyib. Zərərçəkənin ölümü ilkin olaraq mayın 18-nə təyin edilib".

Paulinis ikinci dərəcəli qətl, ölümü gizlətmək və cəsədi qəsdən dəfn etməməkdə ittiham olunur. Səlahiyyətlilər qadını məişət və tibbi problemlərə görə araşdırıblar. Məlum olub ki, onun emosional qeyri-sabitliklə bağlı "tarixçəsi" var.

Tural


Sizin reklam burada
Sizin reklam burada