Bədənimizi oruc tutmağa necə hazırlayaq? - Canan Karatay açıqladı

Bədənimizi oruc tutmağa necə hazırlayaq? - Canan Karatay açıqladı
21 Fev 2025 13:00

Ramazan ayının başlamasına sayılı günlər qalıb. Bədəninizi Ramazana hazırlamaq həm fiziki, həm də ruhi sağlamlığınız üçün vacibdir.

News365.az “Haber7”yə istinadla xəbər verir ki, mübarək ayda orucun daha rahat və sağlam şəkildə tutulması üçün diqqət etməli olduğunuz bəzi vacib məqamlar var.

Ramazan ayında pəhrizdə dəyişikliklərə diqqət yetirilməsə, bu, xüsusilə mədə və bağırsaq problemlərinə səbəb ola bilərə

Odur ki, sağlam qidalanma və pəhrizlə bağlı diqqətçəkən açıqlamaları ilə zaman-zaman gündəmə gələn türkiyəli professor Canan Karatayın tövsiyələrini təqdim edirik:

Yuxu nizamınıza fikir verin

Ramazan ayında yuxu rejimi dəyişə bilər. Buna görə də kifayət qədər və keyfiyyətli yuxuya diqqət yetirin.Bədəninizi sahura hazırlamaq və dua etmək üçün erkən oyanmağa öyrəşdirin.

İdman edin

Ramazan ayında fiziki fəaliyyətinizi qorumaq vacibdir. Ağır məşqlərdən qaça və daha yüngül fəaliyyətlərə üstünlük verə bilərsiniz. İftardan sonra yüngül gəzintilər həzmi asanlaşdırır və enerji səviyyənizi artırır.

Özünüzü psixoloji olaraq hazırlayın

Ramazan ayı mənəviyyatınızı gücləndirmək üçün gözəl fürsətdir. Qurani-Kərimi çox oxuyun, dua edin və ibadətinizə diqqət yetirin.
Stress orucu çətinləşdirə bilər. Odur ki, stress idarə etmə üsullarını öyrənərək rahatlamağa çalışın.

Həkim müyainəsindən keçin

Əgər xroniki xəstəliyiniz varsa və ya dərman qəbul edirsinizsə, Ramazan ayında oruc tutmazdan əvvəl mütləq həkiminizlə məsləhətləşin. Yüksək təzyiq və ya şəkər xəstəliyi kimi sağlamlıq problemləri olanlar oruc tutarkən daha diqqətli olmalı və lazımi tədbirləri görməlidirlər.



Sizin reklam burada
Sizin reklam burada