Baş həkimin otağının yandırılması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Baş həkimin otağının yandırılması ilə bağlı TƏBİB-dən AÇIQLAMA
09 İyl 2024 17:31

"Bu gün təxminən saat 14:15-də Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 9 nömrəli Şəhər Poliklinikasında yanğın qeydə alınıb".

Bu barədə News365.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumata görə, dərhal hadisə yerinə çağırış üzrə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və təcili tibbi yardım briqadası cəlb edilib.

"Yanğın qısa müddət ərzində söndürülüb. Xəsarət alan yoxdur.

Yanğını törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada