Banqladeşdə təyyarə məktəbə çırpılıb, 19 nəfər ölüb

Banqladeşdə təyyarə məktəbə çırpılıb, 19 nəfər ölüb
15:38

Banqladeşin paytaxtı Dəkkə şəhərində təlim təyyarəsinin məktəbə çırpılması nəticəsində 19 nəfər ölüb, 50 nəfərdən çox insan xəsarət alıb.

News365.az xəbər verir ki, təyyarə hərbi hava qüvvələrinə məxsus və Çin istehsalı olan F-7 BGI tipli olub.

Hadisənin səbəbləri ilə bağlı məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada