Bank hesabına girmək üçün anasının əlini kəsdi

Bank hesabına girmək üçün anasının əlini kəsdi
25 Apr 2024 10:16

Braziliyada oğulun anaya qarşı amansız davranışı yerli medianın gündəminə çevrilib. "Metro" nəşrinin yaydığı məlumata görə, o, qadını bank hesabında saxladığı əmanətləri övladına verməyə məcbur edib. Ana etiraz etdikdə, cani ona bıçaqla hücum edib.

"21 yaşlı braziliyalı anasını soymaq qərarına gəlib və ona bıçaqla amansız işgəncə verib. Gənc oğlan 58 yaşlı Sandra Maria dos Santos adlı qadının əlini kəsərək yoxa çıxıb. Qadın ertəsi gün səhər qonşuları tərəfindən halsız vəziyyətdə tapılsa da, onu xilas etmək mümkün olmayıb. Hücum edən şəxs saxlanılıb", -sayt yazıb.

Gənc əvvəlcə ifadəsində iddia edib ki, ona bank hesabına girməsi üçün anasının barmaq izi lazım imiş. Bu səbəbdən əli kəsib aparıb.  Lakin sonradan o, yaşlı qadının övladına qara magiya ilə cadu etdiyini və bunun qisasını aldığını deyib. Qeyd edilir ki, cinayətkarla təkcə kriminalistlər deyil, psixiatrlar da işləyəcəklər.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər