Fərhad Rusiya Qəhrəmanı adı alan 11-ci dağıstanlı oldu

Fərhad Rusiya Qəhrəmanı adı alan 11-ci dağıstanlı oldu
04 May 2024 11:00

"Dağıstandan olan Fərhad Xudaynatov xüsusi hərbi əməliyyat (SVO) zonasında göstərdiyi şücaətə görə Rusiya Qəhrəmanı fəxri adına layiq görülüb". Bunun Dağıstan Respublikasının qubernatoru Sergey Melikov özünün Telegram kanalında yazıb.

Region rəhbərinin sözlərinə görə, Xudaynatov rusların xüsusi əməliyyat adlandırdıqları Ukrayna müharibəsi başlayandan bəri yüksək mükafata layiq görülən on birinci dağıstanlı olub.

"Dağıstan daha bir layiqli oğlu ilə fəxr edə bilər", - qubernator yazıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər