“Donbas artıq itirilib“ - Britaniyalı hərbi analitik

“Donbas artıq itirilib“  - Britaniyalı hərbi analitik
04 May 2024 11:40

Ukrayna rəsmiləri qapalı söhbətlər zamanı Donbasın qaçılmaz şəkildə itiriləcəyini etiraf edirlər. Bu barədə britaniyalı hərbi analitik Aleksandr Merkuris Duran kanalına açıqlamasında deyib. 

Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələrinin komandanlığının əsas vəzifəsi Donbası əldə saxlamağa çalışmaq yox, ordunu qorumaqdır.

"Hətta Ukrayna rəsmiləri şəxsi söhbətlərində Donbasın artıq itirildiyini deyirlər", - ekspert bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna ordusunun vəziyyəti getdikcə pisləşir. Cəbhənin bir çox sektorlarında, o cümlədən Oçeretino və Çasov Yar yaşayış məntəqələri yaxınlığında, Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi tədricən dağılmağa başlayır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər