Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb - VİDEO

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb -  VİDEO
04 May 2024 10:43

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb.

Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tərk edərək, sığınacaqdadır.

Braziliya Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, bu, son 80 ilin ən güclü daşqındır və bir sıra şəhərlərdə suyun səviyyəsi son 150 ildə ən yüksək həddə çatıb.


Youtube kanalımız

Oxşar xəbərlər