Konya şəhərinin Selçuklu rayonunda qan donduran hadisə baş verib. Feritpaşa məhəlləsi, Hamam küçəsində yerləşən bir mənzilin 1-ci mərtəbəsinə balkondan girən naməlum şəxs, Hatice Karı boğazı, ayağı və əlindən bıçaqlayıb.
News365.az xəbər verir ki, hadisə zamanı evdə olan uşaqların qışqırıqları şübhəlini qorxuya salaraq qaçmağa vadar edib.
İlkin məlumatlara görə, Hatice Kar təcili olaraq Konya Numune Xəstəxanasına çatdırılıb və hazırda vəziyyəti yaxşıdır.
Polis əməkdaşları şübhəlini tapmaq və məsuliyyətə cəlb etmək üçün əməliyyat aparır.
News365.az