Bakının mərkəzi prospektində avtomobil yanır - Sıxlıq yarandı + YENİLƏNDİ

Bakının mərkəzi prospektində avtomobil yanır - Sıxlıq yarandı + YENİLƏNDİ
17:10

Bakıda yanan maşın söndürülüb.

Bu barədə News365.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Nizami rayonu, H.Əliyev prospektində avtomobildə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

***

Bakının mərkəzi prospektində avtomobil yanır.

Bu barədə News365.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu, Heydər Əliyev prospekti, əsas yolda avtomobillərin birində yanğın baş verib. Həm bu, həm də bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən prospektin hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis və digər qurumların əməkdaşları hadisə yerindədir və yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün tədbirlər görülür.


Sizin reklam burada
Sizin reklam burada