“BakıKart” rəhbərliyində cərimə qalmaqalı – Vəzifəli şəxsə böyük məbləğdə cəza

“BakıKart” rəhbərliyində cərimə qalmaqalı – Vəzifəli şəxsə böyük məbləğdə cəza
24 İyn 2025 16:15

Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "BakıKart"ın operatoru - "K Group" MMC-nin vəzifəli şəxsini cərimə edib.

News365.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun 7.3-cü maddəsinin tələbinin (pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması) pozulmasıdır.

Odur ki, "K Group"un vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2.-ci maddəsinə müvafiq olaraq 2 000 manat cərimə olunub.


Sizin reklam burada
Sizin reklam burada