Rusiyada altı hava limanında uçuşlar dayandırılıb

Rusiyada altı hava limanında uçuşlar dayandırılıb
10:48

Rusiyada Vladiqafqaz, Kazan, Kaluqa, Nijnekamsk, Saratov və Ulyanovsk hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.

News365.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şənbə günü Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Təyyarələrin qəbulu və göndərilməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilir.

Qeyd olunur ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruridir.


Sizin reklam burada
Sizin reklam burada