İranın İsrailin şimalında bir binaya endirdiyi zərbələr nəticəsində təxminən 60 nəfər yaralanıb.
News365.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti təcili tibbi yardım xidmətlərinə istinadən məlumat yayıb.
Tibb işçilərinin məlumatına görə, cümə günü səhər tezdən ölkənin şimalını hədəf alan İranın raket hücumunda 58 nəfər yaralanıb. Bir nəfərin vəziyyəti orta-ağır, digər 57 nəfər isə sınmış şüşədən yüngül xəsarət alaraq tibbi yardım üçün yaxınlıqdakı xəstəxanalara təxliyə edilib.
İsrail polisi də əlavə edib ki, zərbə nəticəsində bir binaya ziyan dəyib. Partlayıcı sursatın zərərsizləşdirilməsi üzrə mütəxəssislər hazırda hadisə yerində işləyirlər.