Bakıda moped divara çırpıldı: Ölən var

Bakıda moped divara çırpıldı: Ölən var
09:27

Bakıda moped qəzaya uğrayıb.

News365.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində baş verib.

2005-ci il təvəllüdlü Hüseyn Mayıl oğlu Mayılovun idarə etdiyi "Champ" markalı moped divara çırpılıb. Hadisə nəticəsində o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada