Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
10:30

Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

News365.az xəbər verir ki, hadisə rayonun Qala qəsəbəsindən Zirə qəsəbəsi istiqamətində yolda baş verib.

    Məlumata görə, 1980-ci il təvəllüdlü Niyaməddin Həsənovun idarə etdiyi “Wolksvagen Tuareg” markalı avtomaşın ilə hərəkətdə olarkən, yoldan keçən piyada - 1968-ci il təvəllüdlü Xatirə Cabbarovanı vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Xəzər RPİ-nin İŞ-də cinayət işi başlanaraq istintaq aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada