Bakıda aptekdən külli miqdarda kosmetik əşya OĞURLADILAR

Bakıda aptekdən külli miqdarda kosmetik əşya OĞURLADILAR
18 Fev 2025 17:58

Bakıda aptekdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən News365.az-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində yerləşən aptekdən 5382 manat dəyərində kosmetik əşyalar oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı C.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada