Bakıda ana iki uşağını gözəllik salonunda qoyub getdi

Bakıda ana iki uşağını gözəllik salonunda qoyub getdi
26 Yan 2026 22:00

Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib.

News365.az xəbər verir ki, bu barədə Mehriban Qadın Uşaq Sığınacağı məlumat yayıb.

“Ata uşaqları anadan götürərək nənə və babanın himayəsində qalması üçün onların evinə gətirib. Nənə və baba bütün səylərinə baxmayaraq, maddi və sosial imkanlarının məhdudluğu səbəbindən uşaqlara lazımi qayğı göstərə bilməyiblər. Daha sonra ana uşaqları yenidən atadan götürərək gözəllik salonlarından birində qoyub gedib. Vəziyyətlə bağlı dövlət qurumları dərhal müdaxilə edərək uşaqları sığınacağımıza yerləşdirib.

Onu da qeyd edək ki, uşaqların birinin ürəyində problem olduğu deyilib”, məlumatda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada