Bakıda 2 nəfərin öldüyü tuneli yenə su basdı - Video

Bakıda 2 nəfərin öldüyü tuneli yenə su basdı - Video
16:39

Bakıda intensiv yağıntılar bir sıra ərazilərdə ənənəvi problemlərlə müşayiət olunur.

News365.az  xəbər verir ki, bura xüsusi ilə Sabunçu Dəmiryol Vağzalının qarşısı və Sulutəpə qəsəbəsinin müəyyən küçələri də daxildir.

Güclü yağış nəticəsində bu və digər ərazilərdə yolları su basıb, nəqliyyatın və piyadaların hərəkətində ciddi çətinliklər yaranıb.

Bakıya yağan güclü yağışlar nəticəsində "Sabunçu keçidi" adlanan ərazini yenə su basıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Qeyd edək ki, bir neçə il əvvəl sözügedən ərazidə subasma nəticəsində 2 nəfər həyatını itirmişdi.


Sizin reklam burada
Sizin reklam burada