Bakı-Pirşağı-Sumqayıt qatarlarının qrafiki DƏYİŞƏCƏK

Bakı-Pirşağı-Sumqayıt qatarlarının qrafiki DƏYİŞƏCƏK
09 Avq 2023 17:55

Bakı-Pirşağı-Sumqayıt dəmir yolu marşrutu üzrə qatarların hərəkət qrafikində dəyişiklik edilir.

"Azərbaycan Dəmir Yolları" ASC-dən News365.az -a verilən məlumata görə, dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması üçün hər gün günorta saatlarında texniki fasilənin götürülməsi məqsədi ilə avqustun 14-dən etibarən Bakıdan 13:30-da yola düşən qatar, Sumqayıtdan isə 14:30-da yola düşən qatar reysi ləğv edilir.


Sizin reklam burada
Sizin reklam burada