ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
News365.az xəbər verir ki, sanksiyalar siyahısına iki fiziki və bir hüquqi şəxs əlavə edilib.
Məlumata əsasən, iki Rusiya vətəndaşı - Valeri Korovin və Olesya Mendeleyeva qara siyahıya daxil edilib.
Rusiyanın “Geosiyasi Ekspertiza Mərkəzi” Beynəlxalq Qeyri-Kommersiya Fondu da məhdudiyyətlərə məruz
qalıb.