“Baharin rəngləri“ Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirunin yekun sərgisi açıldı - FOTOLAR

“Baharin rəngləri“ Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirunin yekun sərgisi açıldı -  FOTOLAR
15 Apr 2024 18:42

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi , Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq həmçinin bədii zövqün inkişafına xidmət məqsədi ilə elan olunmuş "Baharin rəngləri" Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirinin yekun sərgi  Xətai Sənət Mərkəzində açıldı. Tədbiri giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq tədbir iştirakçılarını salamladı. Söz alan Xətai Rayon İcra Hakimiyyəti nümayəndəsi Turanə Cəfərova, Azərbaycan Dövlət Rəsm Qalereyasınin şöbə müdiri Elçin Hüseyn,Xətai Sənət Mərkəzinin müəllimi Gündüz Həbibov,rəssam Akif Yarısov,rəssam Əbdüləmi Əliyev öz ürək sözlərini bölüşdülər.Tədbir sertifikat və hədiyyələrin tədqim olunması ilə davam etdi. Nəzərinizə çatdıraq ki, Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirində ölkəmizin müxtəlif güşələrindən 700-dən bir qədər çox 10-21 yaş arası uşaq,yeniyetmə və gənc Xətai Sənət Mərkəzinə gələrək ,burada akvarel boyaları ilə BAHAR mövzusunda rəsm əsəri ərsəyə gətirmişlər və bu əsərlər arasından ən yaxşıları burada sərgiləndi. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və fərdi düşüncəyə üstünlük verilmişdir.

Nəzərdə tutulduğu kimi,sərgilənəcək əsərlər Xətai Sənət Mərkəzinin kolleksiyasında saxlanılacaq və mərkəzin nəzdində yeni yaradılmış Xətai Uşaq Sənəti Qalereyasının (Baku Khatai Kids Art) ekspozisıyasının formalaşdirmasında istifadə olunacaq.

Təşkilat Komitəsi turnirə qoşulan iştirakçıları ürəkdən təbrik etməklə bərabər, İstedadlı insanlarla yan-yana işləmək fürsətinə görə hər birinizə ayrıca minnətdarlıq bildirir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:


Youtube kanalımız

Oxşar xəbərlər