İcbari siğorta haqqını muzdla işləyənlər və bir sıra fərdi sahibkarlar istisna olmaqla digər bütün şəxslər ödəyirlər. Biz bu maddənin tətbiqini müəyyən dövr ərzində 1 il-1 il təxirə salırdıq. İndi isə dövlət tərəfindən icbari siğorta haqqı qarşılanan şəxslərin sayını yeni dəyişikliklərlə 9 dəfə artırırıq. Bu dövlətin atdığı böyük və mütərəqqi bir addımdır.
News365.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında maliyyə naziri Sahil Babayev bildirib.
“Biz göstəririk ki, bəlli bir kateqoriyaya aid olan bütün insanlar yəni uşaqlar, pensiyaçılar, əlilliyi olan şəxslər, əmək qabiliyyəti olmayan şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaqlar. Nədənsə bu məsələ tam əks formada təqdim olunur ki, guya işsizlər sığortalanmayacaqlar. Halbuki, ilk dəfə olaraq qanunvericilikdə birbaşa qeyd olunur ki, işsizlər də dövlət tərəfindən sığorta olunacaqlar. 2026-ci ilin dövlət büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait ayrılıb. Bu da təqribən 7,5 milyona qədər insanın sığorta haqqını əhatə edir. Əlavə olaraq, təxminən 2 milyon insan muzlu əmək müqavilələri ilə çalışır. Onların sığortası Əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçi və işəgötürən tərəfindən ödənilir. Fərdi sahibkarların da sığorta haqları onlar tərəfindən qarşılanır.
Beləliklə, əhalinin minimum 95%-i sığorta sistemi ilə tam şəkildə əhatə olunacaq. Kimlər əhatədən kənarda qalır? Yalnız işləyən, gəliri olan, lakin bu gəlirini gizlədən və qeyri-formal məşğul olan şəxslər. Qeyri-formal məşğulluq isə elə özü qanunvericiliklə qadağan olunmuş fəaliyyət sayılır. Biz isə deyirik ki, yalnız qanunsuz şəkildə fəaliyyət göstərən şəxslər siğorta haqlarını özləri ödəyəcəklər", - o qeyd edib.
Nazir bunun müəyyən edilmə meyarlarından da danışıb:
"Bu da təqdim olunmuş layihədə öz əksini tapıb - xüsusi qaydalar olacaq və həmin meyarlar elektron qaydada müəyyən olunacaq. Fərdiləşdirilmiş məlumatlar əsasında, təqdim olunan şəxsiyyət vəsiqəsi və fərdi identifikasiya nömrəsi ilə müəyyən ediləcək ki, həmin şəxslər hansı kateqoriyaya aiddirlər. Həmin kateqoriyalara düşməyən şəxslərin isə gəlir mənbəyi araşdırılacaq və onların sığortadan kənar qalmasına imkan verilməyəcək. Onlar üçün də şərait yaradılacaq ki, bir dəfəlik sığorta haqqı ödəməklə istənilən məbləğdə olan tibbi xidmətdən yararlana bilsinlər.
Yəni əksinə, təqdim olunmuş bu yenilik əhalimizin sosial siğorta ilə əhatə olunması istiqamətində növbəti güzəştli və müsbət bir addımdır. Bu gün qeyri-qanuni şəkildə fəaliyyətlə məşğul olan şəxslər sabah hər kəs kimi".